Rusiyanın Belqorod vilayətinə raket hücumu nəticəsində 14 nəfər həlak olub
Rusiyanın Belqorod vilayətinə raket hücumu nəticəsində 14 nəfər ölüb, 108 nəfər xəsarət alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna tərəfinin Belqorod vilayətinə raket həmlələri nəticəsində 14 nəfər, o cümlədən iki uşaq həlak olub, 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qlatkov bildirib ki, raketlər yaşayış ərazisinə düşüb, 40 mülki obyektə ziyan dəyib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma