Menyu

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda Hizbullah partiyasının silahlı qüvvələrinin forpostu hesab edilən Bint Cbeil şəhəri üzərində iki reyd keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Wataniya" agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarələr Hay əl-Barakah məhəlləsindəki binalardan birinə raket zərbələri endirib, nəticədə bina tamamilə dağılıb, qonşu evlərə və park edilmiş avtomobillərə də maddi ziyan dəyib. 

Bint Cbeil Livan-İsrail sərhədindən 4 km məsafədə yerləşir, əhalisi 30 min nəfərdir. İsrail Hərbi Hava Qüvvələri dekabrın 26-da şəhərə hücum edərək iki Hizbullah döyüşçüsü və bir mülki müdafiə əməkdaşını öldürüb.

Teqlər:

"\u0130srail H\u0259rbi Hava Q\u00fcvv\u0259l\u0259ri Livan\u0131n c\u0259nubuna z\u0259rb\u0259l\u0259r endirib"

Əlaqəli Xəbərlər