Menyu

Kim Çen İn: Koreya yarımadasının birləşməsi mümkün deyil

Kim Çen İn: Koreya yarımadasının birləşməsi mümkün deyil

Şimali Koreya lideri Kim Çen İn bildirib ki, artıq Koreya Respublikası ilə birləşməyi mümkün hesab etmir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

"Partiyamız Koreyalararası uzunmüddətli münasibətlərə nəzər salaraq belə qənaətə gəldi ki, "qələbə yolu ilə birləşmə" və "sistemin vahidliyi"ni mənimsəyən Koreya Respublikası ilə birləşməyə nail olmaq heç vaxt mümkün olmayacaq: "Bir xalq, bir dövlət, iki sistem" prinsipi əsasında Vətəni birləşdirmək siyasətimizə zidd olan siyasətdir".

O izah edib ki, reallıq Pxenyanı Koreyalararası əlaqələrə öz yanaşmasını yenidən müəyyən etməyə məcbur edir. Baş katib qeyd edib ki, KXDR və Koreya Respublikası bir-biri üçün "düşmən dövlətlər"ə çevriliblər, Cənubla bağlı siyasət bundan sonra yalnız soydaşlarının orada yaşaması faktına əsaslanmamalıdır.

Kim Çen İnin sözlərinə görə, Cənubi Koreya hakimiyyəti ABŞ-nin sadəcə "müstəmləkə administrasiyasının əlaltılarıdır" və onlarla birləşmə məsələlərini müzakirə etmək KXDR-in milli ləyaqətinə və statusuna uyğun gəlmir: "İndiki Cənubi Koreyada siyasət tamamilə yox olur, onların bütün cəmiyyəti Yanki mədəniyyətinə qərq olub. Bu, sadəcə olaraq, müdafiə və təhlükəsizlik üçün tamamilə ABŞ-yə güvənən müstəmləkəçi dövlətdir".

Teqlər:

"Kim \u00c7en \u0130n: Koreya yar\u0131madas\u0131n\u0131n birl\u0259\u015fm\u0259si m\u00fcmk\u00fcn deyil"

Əlaqəli Xəbərlər