Menyu

Burkina Fasoda fransız dilinin statusu işçi dilə dəyişilib

Burkina Fasoda fransız dilinin statusu işçi dilə dəyişilib

Burkina-Faso Milli Keçid Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin AIB agentliyi məlumat yayıb.

Düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirib, ingilis dili isə Burkina Faso administrasiyasında işçi statusu qazanıb.

"Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın dərin arzusudur və hökumət, ümumiləşdirsək, əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz", - deyə agentlik qeyd edib.

Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.

Burkina-Fasoda əhalinin təxminən 90%-nin danışdığı 60-dan çox milli dil var. Bunlardan ən çox yayılmışları Mur, Diula, Bissa, Dagara, Fulfulde, Qurmanchemadır.
 

Teqlər:

"Burkina Fasoda frans\u0131z dilinin statusu i\u015f\u00e7i dil\u0259 d\u0259yi\u015filib"

Əlaqəli Xəbərlər