ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə mütəmadi olaraq əlaqə saxladığını bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.
Dekabrın sonunda Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi infrastrukturuna zərbə endirməsindən sonra Zelenski ilə təmaslar barədə jurnalistlərin sualını cavablandıran Bayden deyib: "Mən onunla müntəzəm olaraq danışıram".