Menyu

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanıldı

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanıldı

Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DPA agentliyi Köln polisinin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Köln, Vyana və Madriddə terror aktları planlaşdırırdılar. Bununla bağlı əvvəllər bir nəfər saxlanılıb. Daha sonra məlum olub ki, o, terror hücumunu planlaşdıran yeganə şəxs deyil.

Potensial hədəflərdən biri kimi şəhərin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Katedrali seçilib. Dünyanın ən hündür üç kilsəsindən biri olan Köln Katedrali UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər