Ana səhifə / Dünya / Kamçatkada zəlzələ olub Kamçatkada zəlzələ olub 31.12.2023, 23:23 Rusiyanın Kamçatka yarımadasında 4,8 bal gücündə zəlzələ baş verib. "Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Bildirilib ki, yerli sakinlər Yeni ilin gəlişindən üç dəqiqə sonra yeraltı təkanları hiss ediblər. “Zəlzələnin episentri rayon mərkəzindən 67 kilometr aralıda, Avaça buxtasında yerləşib”, - məlumatda deyilir. Bildirilir ki, zəlzələ ocağı təxminən 60 kilometr dərinlikdə olub. Təkanlar nəticəsində dağıntı və tələfat olmayıb. Sunami təhlükəsi elan edilməyib. Teqlər: "Kam\u00e7atkada z\u0259lz\u0259l\u0259 olub"