Menyu

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB

Əziz Əzizli
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 50-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

06:45

***

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 40-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Dünyasını dəyişənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İsikava prefekturasının sakinləridir.

Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, 200-dən çox ev yanıb.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.

Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir

12:18

***

Yaponiyada 6,3 və 7,6 bal gücündə 4 dəq fasilə ilə iki güclü zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, baş verən 7,4 ballıq zəlzələdən sonra ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib.

Səlahiyyətlilər dalğaların hündürlüyünün 5 metrə çata biləcəyini və yerli sakinləri sahilyanı ərazini tərk etməyə çağırıb.

Teqlər:

"Yaponiyada z\u0259lz\u0259l\u0259 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 24-\u0259 \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər