Menyu

Hindistan və Pakistan nüvə obyektlərinin siyahısını mübadilə edirlər

Hindistan və Pakistan nüvə obyektlərinin siyahısını mübadilə edirlər

Hindistan və Pakistanın hakimiyyət orqanları 2024-cü ilin ilk günündə iki ölkədəki nüvə obyektlərinin siyahısını mübadilə ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, siyahıların ötürülməsi diplomatik kanallar vasitəsilə eyni vaxtda iki qonşu dövlətin paytaxtlarında həyata keçirilib.

"Bu gün Hindistan və Pakistan diplomatik kanallar vasitəsilə eyni vaxtda Yeni Dehli və İslamabadda Hindistan-Pakistan Nüvə Qurğuları və Obyektlərinin Qadağası Sazişinin əhatə etdiyi nüvə qurğuları və obyektlərinin siyahısını mübadilə ediblər", - bəyanatda deyilir.

Hindistan Xarici İşlər Nazirliyi qeyd edib ki, 31 dekabr 1988-ci ildə imzalanmış və 27 yanvar 1991-ci ildə qüvvəyə minmiş saziş, digər məsələlərlə yanaşı, Hindistan və Pakistanın bu sazişin əhatə etdiyi nüvə qurğuları və obyektləri barədə bir-birini hər təqvim ilinin 1 yanvar gübü məlumatlandırmasını təmin edir. Bu, iki ölkə arasında 33-cü belə siyahı mübadiləsidir.

Qeyd edək ki, bu tədbir Cənubi Asiyada təhlükəsizliyin qorunmasında ən vacib tədbirlərdən biri hesab olunur. İlk belə mübadilə 1 yanvar 1992-ci ildə baş verib. 

Teqlər:

"Hindistan v\u0259 Pakistan n\u00fcv\u0259 obyektl\u0259rinin siyah\u0131s\u0131n\u0131 m\u00fcbadil\u0259 edirl\u0259r"

Əlaqəli Xəbərlər