Menyu

KİV: Suriyada iki ABŞ bazasına hücum edilib

KİV: Suriyada iki ABŞ bazasına hücum edilib

İraqın İslami Müqavimətinə aid silahlı birləşmələr Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasını atəşə tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Şam FM radiostansiyası məlumat yayıb.

Məlumata görə, hərbi obyektə atəş çoxsaylı raket sistemlərindən açılıb. Hücum zamanı bazada bir neçə partlayış baş verib.

Bundan əvvəl şiə döyüşçüləri Haseke əyalətinin cənubunda, Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əl-Şəddadidəki Amerika bazasına hücum etmək üçün kamikadze pilotsuz uçuş aparatından istifadə ediblər. Pilotsuz təyyarənin hücumunun nəticələri barədə məlumat verilmir.

İraq təhlükəsizlik mənbələrinin məlumatına görə, ABŞ-nin Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazası da vurulub. Həmçinin, dekabrın 31-də İraqın hava hücumundan müdafiə sistemləri ABŞ-nin rəhbərlik etdiyi Qərb koalisiyasının qüvvələrinin istifadə etdiyi Ərbil vilayətində Harir aerodromunun üzərində pilotsuz uçuş aparatı vurub.

Hücumlara görə məsuliyyəti İraq İslami Müqaviməti öz üzərinə götürüb. Radiostansiyanın məlumatında deyilir: "Döyüşçülər ABŞ-nin dəstəklədiyi İsrail işğalçılarının Qəzza zolağında Fələstin əhalisinə qarşı kütləvi qırğınlarına cavab olaraq düşmən hədəflərinə qarşı əməliyyatlar keçirir".

Qeyd edək ki, Yaxın Şərqdə hərbi eskalasiyanın başladığı 7 oktyabr 2023-cü ildən bəri ABŞ-nin İraq və Suriyadakı bazalarına 110-dan çox hücum edilib. 

Teqlər:

"K\u0130V: Suriyada iki AB\u015e bazas\u0131na h\u00fccum edilib"

Əlaqəli Xəbərlər