Menyu

Putin: "Belqoroda hücum terror aktıdır" 

Putin: "Belqoroda hücum terror aktıdır" 

"30 dekabr 2023-cü ildə Belqorod şəhərinə edilən hücum terror aktıdır. Bu, mütləq dinc əhaliyə qarşı törədilən cinayətdir və bu cür cinayətlər cəzasız qalmayacaq".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müharibədə yaralanan əsgərlərin müalicə olunduğu Vişnevski adına Mərkəzi Hərbi Kliniki Hospitala ziyarəti zamanı deyib.

Hücuma cavab olaraq Ukraynada hərbi ünsürlərə qarşı yüksək dəqiqlikli silahlarla hücumlar həyata keçirdiklərini ifadə edən Putin bildirib: "Bu cür hücumları artıracağıq. Belqoroda hücum mütləq dinc əhaliyə qarşı bir cinayətdir və bu cür cinayətlər cəzasız qalmayacaq".

Teqlər:

"Putin: \"Belqoroda h\u00fccum terror akt\u0131d\u0131r\"\u00a0"

Əlaqəli Xəbərlər