Zelenski: Kanada Ukraynanı əlavə NASAMS sistemləri ilə təmin edib
Ukrayna Prezidenti Volodimir Zelenski Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb, Kanada liderinə əlavə NASAMS hava hücumundan müdafiə sistemləri və mərmilərin tədarükünə görə təşəkkür edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında yazıb.
"Mən Castinə Ukrayna səmasının mühafizəsinin gücləndirilməsinə kömək etmək istəyinə, xüsusən də əlavə NASAMS sistemləri və raketlərinin tədarükünə görə minnətdaram", - Ukrayna lideri qeyd edib.
Zelenski həmçinin əlavə edib ki, o, Trüdo ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqların intensivləşdirilməsi ilə bağlı razılığa gəlib.
Teqlər:
"Zelenski: Kanada Ukraynan\u0131 \u0259lav\u0259 NASAMS sisteml\u0259ri il\u0259 t\u0259min edib"