Menyu

Çin tayvanlıları "müstəqilliyin təhlükələri"ni dərk etməyə çağırıb

Çin tayvanlıları "müstəqilliyin təhlükələri"ni dərk etməyə çağırıb

"Materik Çin Tayvan xalqını adanın Demokratik Tərəqqi Partiyası (DPP) rəhbərliyinin siyasətinin və "Tayvanın müstəqilliyi"nin fəlakətli mahiyyətini tam başa düşməyə çağırır". 

"Operativ Media" xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binxua deyib.

"Son illərdə DPP "xarici qüvvələrlə əlbir olaraq "müstəqillik" bəhanəsi ilə təxribatlar törədib, Tayvan boğazının hər iki tərəfində münasibətlərin sülh yolu ilə inkişafına xələl gətirib", - o, ada sakinlərinə Yeni il müraciətində deyib. 

Çen Binxua qeyd edib ki, Tsay İnq-ven adlanan yol Tayvanın təhlükəsizliyi, Tayvan xalqının maraqları və regional sabitlik üçün əsas təhdiddir.

"Bu yol yalnız Tayvanı sülh və firavanlıqdan münaqişə və tənəzzülə doğru aparacaq", - diplomat əlavə edib. 

O, Tayvan xalqını Tayvan boğazında sülh və sabitliyə, öz təhlükəsizlik və rifahına töhfə verməyə çağırıb.

Teqlər:

"\u00c7in tayvanl\u0131lar\u0131 \"m\u00fcst\u0259qilliyin t\u0259hl\u00fck\u0259l\u0259ri\"ni d\u0259rk etm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər