Tokioda göyərtəsində 300-dən çox sərnişin olan təyyarə yanır
Nərmin Qocamanlı
Yaponiyanın paytaxtı Tokioda Haneda hava limanında uçuş-enmə zolağında təyyarədə yanğın baş verib.
"Operativ Media" xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK tərəfindən yayımlanan görüntülərdə təyyarənin pəncərələrindən çıxan alov qeydə alınıb.
"Japan Airlines "sözçüsü təyyarədə 300-dən çox sərnişinin olduğunu açıqlayıb.
İnsan tələfatı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.