Menyu

Norveç müdafiə şirkətlərinin Ukraynaya birbaşa silah satışını təsdiqləyib

Norveç müdafiə şirkətlərinin Ukraynaya birbaşa silah satışını təsdiqləyib

Norveç ölkədəki müdafiə şirkətlərinin Ukraynaya birbaşa silah satmaq imkanını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumatda 1 yanvar tarixindən etibarən Norveç müdafiə sənayesindən Ukraynaya birbaşa silah satışına icazə verildiyi açıqlanıb.

Bəyanatda xatırladılıb ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından bir neçə il sonra Norveç administrasiyası Ukraynaya silah bağışlamağa qərar verib və o vaxtdan bəri müxtəlif ianələr edib.

Açıqlamada Ukraynaya dəstəyin Avropanın təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb və müharibənin uzanacağı təqdirdə yeni planların hazırlanmalı olduğu bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Norveç müdafiə şirkətləri Ukraynaya birbaşa silah satmaq üçün ixrac lisenziyası üçün Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.

Teqlər:

"Norve\u00e7 m\u00fcdafi\u0259 \u015firk\u0259tl\u0259rinin Ukraynaya birba\u015fa silah sat\u0131\u015f\u0131n\u0131 t\u0259sdiql\u0259yib"

Əlaqəli Xəbərlər