HƏMAS lideri: Yalnız atəşkəsdən sonra girovların mübadiləsinə razı olacağıq
"HƏMAS hərəkatı yalnız Qəzza zolağında atəşkəs əldə edildikdən sonra girovların mübadiləsi təşəbbüslərini qəbul etməyə hazır olacaq".
"Operativ Media" xəbər verir ki, bunu təşkilatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib.
"Biz Misir və Qətər tərəfindən təmsil olunan vasitəçilər tərəfindən HƏMAS-a ötürülən təşəbbüslərə cavab təqdim etdik. Qəzzada dərhal atəşkəslə bağlı istənilən təşəbbüsü qəbul etməyi şərtləndirmişik", - deyə Haniyə əlavə edib.
Onun sözlərinə görə, HƏMAS Qəzza və İordan çayının qərb sahilində vahid Fələstin hökumətinin qurulmasında iştirak etməyə hazırdır.
Teqlər:
"H\u018fMAS lideri: Yaln\u0131z at\u0259\u015fk\u0259sd\u0259n sonra girovlar\u0131n m\u00fcbadil\u0259sin\u0259 raz\u0131 olaca\u011f\u0131q"