Rişi Sunak Zelenskiyə Kiyevi dəstəkləməyə söz verib
Britaniya hökumətinin başçısı Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenskiyə söz verib ki, London həm 2024-cü ildə, həm də sonrakı illərdə Kiyevi dəstəkləməyə davam edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Sunakın ofisi iki lider arasında telefon danışığından sonra məlumat yayıb.
"Baş nazir bildirib ki, Böyük Britaniya həm 2024-cü ildə, həm də ondan sonra da təcavüz və işğala qarşı mübarizədə Ukraynaya güclü dəstəyini davam etdirəcək", - məlumatda qeyd edilib.
"Baş nazir, həmçinin Böyük Britaniyanın Ukraynaya hərbi və diplomatik dəstəyinin, o cümlədən prezident Zelenskinin sülh planını və uzunmüddətli təhlükəsizlik proqramını dəstəkləməyə davam etdiyini bildirib", - məlumatda əlavə edib.