Menyu

İranda Süleymaninin məzarı yaxınlığında partlayışlarda yaralananların sayı 188-ə yüksəlib - YENİLƏNİB

İranda Süleymaninin məzarı yaxınlığında partlayışlarda yaralananların sayı 188-ə yüksəlib - YENİLƏNİB

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermanda yerləşən məqbərəsinə yaxın küçədə baş verən partlayış zamanı yaralananların sayı 188-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hazırda ölənlərin sayı 103 nəfər təşkil edir. Terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib.

***

18:40

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermanda yerləşən məqbərəsinə yaxın küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, hücum zamanı yaralananların sayı 141 nəfərə yüksəlib.

***

17:25

İranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə baş verən partlayışlar zamanı ölənlərin sayı artmaqdadır.

"Operativ Media" xəbər verir ki, hadisə nəticəsində indiyədək azı 73 nəfərin öldüyü, 171 nəfərin yaralandığı bildirilib.

xxx

16:54

İranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə baş verən partlayışlar zamanı ölənlərin sayı artıb.

"Operativ Media" xəbər verir ki, hadisə nəticəsində indiyədək azı 53 nəfərin öldüyü, 71 nəfərin yaralandığı bildirilib.

xxx

 

16:16

Bu gün İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.

"Operativ Media"nın məlumatına görə, Süleymaninin məzarı yaxınlığında baş verən partlayışlarda indiyədək azı 20 nəfərin öldüyü, 50 nəfərin yaralandığı təsdiqlənib.

İranın Kirman vilayəti valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

Qeyd edilb ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda iki bomba partladılıb.

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ-nin hücumu nəticəsində İraqda ödürülüb.

Teqlər:

"\u0130randa S\u00fcleymaninin m\u0259zar\u0131 yax\u0131nl\u0131\u011f\u0131nda partlay\u0131\u015flarda yaralananlar\u0131n say\u0131 188-\u0259 y\u00fcks\u0259lib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər