İran partlayışlarda həlak olanlar üçün matəm elan edib
İran hökuməti general Qasım Süleymaninin dəfn olunduğu Kerman şəhərində qəbiristanlıq yaxınlığında baş vermiş iki partlayışda həlak olanlar üçün yanvarın 4-nü ölkə daxilində matəm günü elan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Son məlumatlara görə, partlayışlar nəticəsində azı 103 nəfər ölüb, 188 nəfər yaralanıb.
Qeyd edək ki, Kermanda Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki partlayış baş verib.
Teqlər:
"\u0130ran partlay\u0131\u015flarda h\u0259lak olanlar \u00fc\u00e7\u00fcn mat\u0259m elan edib"