Menyu

NATO ölkələri min ədəd "Patriot" raketi almağa razılaşıb

NATO ölkələri min ədəd "Patriot" raketi almağa razılaşıb

NATO ölkələri minə yaxın "Patriot" raketinin alınması üçün müqavilə imzalayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

"NATO Dəstək və Təchizat Agentliyi (NSPA) minə qədər Patriot Gücləndirilmiş Hədəf Raketləri (GEM-T) almaq üçün müqavilə imzalayıb. Müqavilə Almaniya, Hollandiya, Rumıniya və İspaniyanın da olduğu ölkələrin koalisiyasını dəstəkləyəcək", - məlumatda qeyd edilib.

"NATO Raytheon-un birgə müəssisəsi olan COMLOG ilə hasilat və təchizat müqaviləsi bağlayıb. İstehsal və təchizatı dəstəkləmək üçün COMLOG Avropada GEM-T raketləri üçün istehsal imkanlarını genişləndirəcək", - deyə məlumata əlavə edilib.

Teqlər:

"NATO \u00f6lk\u0259l\u0259ri min \u0259d\u0259d \"Patriot\" raketi alma\u011fa raz\u0131la\u015f\u0131b"

Əlaqəli Xəbərlər