Menyu

KİV: Blinken yaxın günlərdə Afinaya səfər edə bilər

KİV: Blinken yaxın günlərdə Afinaya səfər edə bilər

Türkiyəyə səfər etmək niyyətində olan ABŞ dövlət katibi Antoni Blinken yaxın günlərdə Afinaya səfər edə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Yunanıstanın "Proto thema" qəzeti məlumat yayıb.

Məlumata görə, Afina ABŞ dövlət katibinin regiona səfərinə dayanacaq yeri kimi əlavə oluna bilər. Yanvarın 6-da ABŞ Dövlət Departamentinin rəhbəri ilə görüşün baş tutacağı xəbərini Türkiyənin xarici işlər naziri Hakan Fidan da təsdiqləyib.

Bu kontekstdə Blinkenin tezliklə Afinaya səfər edərək Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşməsi mümkündür. Nəşr yazır ki, onun proqramı son bir neçə saat ərzində daim dəyişir.

Yunanıstan hökumətindən bununla bağlı heç bir rəsmi məlumat verilməyib.

Türkiyənin "TRT Haber" telekanalı isə qeyd edib ki, Blinkenin Fidanla gözlənilən danışıqlarının gündəliyinə Qəzzada nizamlanma, regional məsələlər, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr, xüsusən də Türkiyəyə F-16 qırıcılarının satışı daxildir.

Teqlər:

"K\u0130V: Blinken yax\u0131n g\u00fcnl\u0259rd\u0259 Afinaya s\u0259f\u0259r ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər