Menyu

Misir prezidenti Qəzzada barışığı ölkəsi üçün prioritet adlandırıb

Misir prezidenti Qəzzada barışığı ölkəsi üçün prioritet adlandırıb
1 dəq oxu

"Hazırda Misir tərəfinin prioriteti Qəzza zolağında atəşkəs və anklavın mülki əhalisinin qorunmasıdır". 

"Operativ Media" xəbər verir ki, bu sözləri Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi amerikalı konqresmenlərlə görüşü zamanı deyib.

"Prezident müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə Fələstin probleminin ədalətli və hərtərəfli həlli istiqamətində ciddi çalışmağın vacibliyini vurğulayıb. O həmçinin qeyd edib ki, Misirin hazırkı prioriteti atəşkəsə nail olmaq, mülki insanları qorumaq və onlara humanitar yardım çatdırmaqdır. Qəzzanın yaşadığı humanitar fəlakətin öhdəsindən gəlmək üçün kifayət qədər dəstək lazımdır", - Misir prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi "Facebook" səhifəsində bildirib. 

Onun sözlərinə görə, əs-Sisi vurğulayıb ki, Misir Fələstin probleminin fələstinlilərin onlara məxsus olan ərazilərdən məcburi köçürülməsi yolu ilə aradan qaldırılması cəhdlərini qəti şəkildə qəbul etmir.

Əlaqəli Xəbərlər