Menyu

ABŞ Türkiyəyə F-16 qırıcılarının niyə satılmadığını açıqlayıb

ABŞ Türkiyəyə F-16 qırıcılarının niyə satılmadığını açıqlayıb

ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük prosesinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən məmnun olduğunu və F-16 döyüş təyyarələrinin Ankaraya satışı prosesi üzərində həssaslıqla çalışdığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Metyu Miller gündəlik mətbuat konfransında İsveçin NATO üzvlüyü və Türkiyənin F-16 təyyarənin satış prosesini qiymətləndirib.

Miller Türkiyə Böyük Millət Məclisinin İsveçlə bağlı qanun layihəsinin Xarici Əlaqələr Komissiyasında qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Baş Assambleyada qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib.

Administrasiyanın F-16-ların satışı və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmədiyini bildirən ABŞ sözçüsü bu iki məsələni bir-biri ilə bağlı görən Konqres üzvlərinin olduğunu da qeyd edib.

Konqresdə bu mövzuda bəzi problemlərin olduğunu bildirən Miller F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı mövzular üzərində həssaslıqla çalışdıqlarını vurğulayıb.

Teqlər:

"AB\u015e T\u00fcrkiy\u0259y\u0259 F-16 q\u0131r\u0131c\u0131lar\u0131n\u0131n niy\u0259 sat\u0131lmad\u0131\u011f\u0131n\u0131 a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər