Menyu

Ötən il Türkiyənin təhlükəsizlik qüvvələri 2237 terrorçunu zərərsizləşdirib

Ötən il Türkiyənin təhlükəsizlik qüvvələri 2237 terrorçunu zərərsizləşdirib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən son bir həftədə 36 terrorçu zərərsizləşdirilib. Ötən il zərərsizləşdirilən terrorçu sayı isə 2237-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən il “Pəncə-Kilid” əməliyyatlarının keçirildiyi bölgədə 717 terrorçu zərərsizləşdirilib.

Son bir həftədə əməliyyat bölgələrinə terrorçular tərəfindən 30 hücum atəşi açılıb. Cavab əməliyyatlarında 27 terrorçu zərərsizləşdirilib.

Ötən il yanvarın 1-dən terrorçular tərəfindən Türk əsgərlərinə qarşı 526 təxribat törədilib ki, bunlara verilən cavablar nəticəsində zərərsizləşdirilən terrorçu sayı 1529 olub.

Məlumatda bildirilib ki, son bir həftədə qeyri-qanuni yollarla Türkiyəyə keçməyə cəhd edən 118 nəfər saxlanılıb, 2 min 113 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. 2023-cü ildə bu rəqəm ümumilikdə 13 min 758 təşkil edib.

Teqlər:

"\u00d6t\u0259n il T\u00fcrkiy\u0259nin t\u0259hl\u00fck\u0259sizlik q\u00fcvv\u0259l\u0259ri 2237 terror\u00e7unu z\u0259r\u0259rsizl\u0259\u015fdirib"

Əlaqəli Xəbərlər