Yəməndə fəaliyyət göstərən Husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumları onlar üçün nəticələr verəcək.
"Operativ Media" xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron çıxış edib.
Kemeron Kosovoya səfəri zamanı sualları cavablandırarkən deyib: "Tamamilə qeyri-qanuni və qəbuledilməz olan hücumlar davam edərsə, dünya iqtisadiyyatı, ümumiyyətlə hər bir ölkənin iqtisadiyyatı zərər görəcək. Bu hücumlar dayandırılmalıdır, əks halda tədbir görüləcək".
Nazir hansı konkret tədbirlərin müzakirə oluna biləcəyi ilə bağlı aydınlaşdırıcı suala cavab verməkdən isə yayınıb.
Çərşənbə günü Britaniya Avstraliya, Almaniya, İtaliya, Kanada, ABŞ, Yaponiya və digər beş ölkəyə qoşularaq Husilərə xəbərdarlıq edib. Sənəddə qeyd edilib ki, yeni hücumların nəticələrinə görə məsuliyyət üsyançıların üzərinə düşəcək, onlar əvvəllər əsir götürdükləri gəmini və onun heyətini azad etməlidirlər.
Teqlər:
"B\u00f6y\u00fck Britaniya Husil\u0259ri h\u0259d\u0259l\u0259yib"