İsrail ordusu: Qəzzada İslami Cihad komandirlərindən biri məhv edilib
"İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı İslami Cihad qruplaşmasının mühüm üzvlərindən birini öldürüb".
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"IDF və Baş Təhlükəsizlik Qəzza zolağının şimalındakı əməliyyat qərargahının rəhbərini və İslami Cihadın yüksək rütbəli üzvünü öldürüb. Məmduh Lulu İslami Cihadda Qəzza zolağının şimalındakı liderlərinin köməkçisi olub və yüksək səviyyəli rəsmilərlə əlaqə saxlayıb.
"O, Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarından sona İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində həlak olub", - ordu əlavə edib.
"Lulu İslami Cihadın mərkəzi fiquru idi, o, Qəzzadan İsrailə qarşı çoxsaylı terror aktlarının təşəbbüskarı olub və bəzən də əməliyyatlara rəhbərlik edib", - mətbuat xidməti qeyd edib.
Teqlər:
"\u0130srail ordusu: Q\u0259zzada \u0130slami Cihad komandirl\u0259rind\u0259n biri m\u0259hv edilib\u00a0"