Menyu

BMT TŞ İrandakı partlayışları pisləyib

BMT TŞ İrandakı partlayışları pisləyib

BMT Təhlükəsizlik Şurası Kirman şəhərində törədilən terror aktını qəti şəkildə pisləyib və hadisəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə  təşkilatın rəhbərinin ofisi bəyanat yayıb.

"Təhlükəsizlik Şurasının üzvləri 2024-cü il yanvarın 3-də İran İslam Respublikasının Kirman şəhərində törədilmiş qorxaq terror aktını qətiyyətlə pisləyib", - deyə bəyanatda bildirilir.

"Təhlükəsizlik Şurasının üzvləri bir daha təsdiq ediblər ki, bu kimi hərəkətlər bütün forma və təzahürlərində terror aktlarından birini təşkil edir. Terror beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdiddir. Bu qınaq obyekti olmalı, günahkarlarının, təşkilatçılarının və sponsorlarının ədalət qarşısında cavab verməsi təmin edilməlidir", - bəyanatda əlavə edilib. 

Teqlər:

"BMT T\u015e \u0130randak\u0131 partlay\u0131\u015flar\u0131 pisl\u0259yib"

Əlaqəli Xəbərlər