Menyu

BMT-nin xüsusi nümayəndəsi Kipr adasında artan hərbiləşməyə toxunub

BMT-nin xüsusi nümayəndəsi Kipr adasında artan hərbiləşməyə toxunub

BMT-nin Kipr üzrə xüsusi nümayəndəsi Kolin Stüart Yunan və türk icmalarının liderlərinə məruzəsində Kipr bufer zonası boyunca artan hərbiləşmədən narahat olduğunu bildirib. 

"Operativ Media" xəbər verir ki, o bu barədə Cənubi Kiprin lideri ilə görüşündən sonra məlumat verib. 

"Bizi narahat edən əsas problem bufer zona boyunca artan hərbiləşmədir, çünki burada olmağımızın əsas məqsədi sabitliyi qorumaq, Kipr probleminin həlli üçün əlverişli şərait yaratmaqdır", - diplomat jurnalistlərə deyib. 

Stüart Kiprin hər iki tərəfinin liderinə Nyu-Yorka gözlənilən səfəri barədə məlumat verib və orada Kipr bufer zonasındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına hesabat vermək niyyətində olduğunu əlavə edib. 

Qeyd edək ki, Kolin Stüart həm də BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) rəhbəridir.
 

Teqlər:

"BMT-nin x\u00fcsusi n\u00fcmay\u0259nd\u0259si Kipr adas\u0131nda artan h\u0259rbil\u0259\u015fm\u0259y\u0259 toxunub"

Əlaqəli Xəbərlər