Menyu

Türkiyə sahillərində 82 qeyri-qanuni mühacir xilas edilib

Türkiyə sahillərində 82 qeyri-qanuni mühacir xilas edilib

Türkiyənin Çanaqqala vilayətində həyata keçirilən əməliyyatlar zamanı 82 qeyri-qanuni mühacir xilas edilirək sahilə çıxarılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı Ayvacık mahalı sahillərində nizamsız immiqrantların olduğu rezin qayıq təsbit edib.

"TCSG-6" gəmisi ilə bölgəyə gedən qruplar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan əfqan əsilli 36 immiqrantı xilas edib.

Eyni bölgədə həyata keçirilən digər əməliyyatda isə "TCSG-905" qayığı ilə əraziyə gedən qruplar hərəkətdə olan rezin qayıqda Əfqanıstan vətəndaşı olan digər 46 immiqrantı saxlayıb.

Teqlər:

"T\u00fcrkiy\u0259 sahill\u0259rind\u0259 82 qeyri-qanuni m\u00fchacir xilas edilib"

Əlaqəli Xəbərlər