"ABŞ rəsmilərinin Ukraynaya kömək etmək üçün vəsaitləri yoxdur, lakin müttəfiqlərin ona dəstək verməyə davam edəcəyini gözləyirlər".
"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
"Biz, əlbəttə ki, istəyirik ki, müttəfiqlərimiz və tərəfdaşlarımız da Ukraynaya kömək etməyə davam etsinlər", - deyə o, ABŞ prezidenti Co Bayden administrasiyasının Konqres etmədiyi təqdirdə Kiyevə kömək etmək üçün hansı variantların olması barədə sualı cavablandırıb.
"Bizim artıq bunun üçün pulumuz yoxdur", - deyə o, Ukraynanın maliyyələşdirilməsindən danışıb. Kirbi Konqres əlavə vəsait ayırmasa, Vaşinqtonun 27 dekabr 2023-cü ildə elan etdiyi ABŞ-nin Ukraynaya hərbi yardım paketinin son ola biləcəyini qeyd edib.
O əlavə edib ki, ABŞ Konqresi yeni yardım paketi ayırmalıdır ki, onlar Ukraynaya kömək etməyə davam edə bilsinlər.