Karib dənizində təyyarə qəzaya uğrayıb: ölənlər var
Karib dənizində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Operativ Media” xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.
Ölümcül qəza Bequia adası yaxınlığında baş verib. Qeyd olunub ki, tək mühərrikli təyyarə yerli vaxtla təqribən gecə saat 12-dən sonra “JF Mitchel” hava limanından havaya qalxıb. Hava qalxdıqdan bir neçə dəqiqə sonra təyyarə çətinliklə üzləşib və okena düşüb.
Hadisə yerinə dalğıclar cəlb edilib. Təyyarənin göyərtəsində pilot da daxil olmaqla 4 nəfərin olduğu məlum olub. Polis sərnişinlərin 51 yaşlı ABŞ vətəndaşı Kristian Klepser və onun iki qızı - 10 yaşlı Madita və 12 yaşlı Annik Klepser olduğunu müəyyən edib. Onların hər biri hadisə nəticəsində həlak olub.
İnsidentlə bağlı araşdırma davam etdirilir. Hələlik təyyarənin hansı səbəbdən qəzaya uğradığı bəlli deyil.