Menyu

Bild: İŞİD terrorçuları ukraynalı qaçqınlar adı altında Almaniyaya gəlirlər

Bild: İŞİD terrorçuları ukraynalı qaçqınlar adı altında Almaniyaya gəlirlər

Almaniya hüquq-mühafizə orqanları bu yaxınlarda Almaniya ərazisində terror aktları planlaşdıran Tacikistandan olan bir neçə islamçını saxlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Bild" qəzeti təhlükəsizlik strukturlarına istinadən məlumat yayıb.

Məlumata görə, Mərkəzi Asiyadan olan terrorçular özlərini tez-tez Ukraynadan qaçqın düşmüş şəxslər kimi təqdim edirlər ki, bu da onların ölkəyə daxil olmasını xeyli asanlaşdırır.

Nəşr qeyd edir ki, saxlanılan Tacikistan vətəndaşları tez-tez İŞİD-in qolu olan Xorasandakı İslam Dövləti qruplaşması ilə əlaqədə olublar. Onlar təkcə Almaniyada üç dəfə hücuma cəhd ediblər. 

İddialara görə, tacik islamçıları drondan istifadə edərək terror aktı törətmək istəyən ilk terrorçu olublar.

Teqlər:

"Bild: \u0130\u015e\u0130D terror\u00e7ular\u0131 ukraynal\u0131 qa\u00e7q\u0131nlar ad\u0131 alt\u0131nda Almaniyaya g\u0259lirl\u0259r"

Əlaqəli Xəbərlər