Menyu

Rəsmi Kiyev: 34 dövlət Ukrayna hərbçilərinin təlimi ilə məşğuldur

Rəsmi Kiyev: 34 dövlət Ukrayna hərbçilərinin təlimi ilə məşğuldur

"30-dan çox ölkə bu və ya digər şəkildə ukraynalı hərbçilərin xaricdə hazırlanması ilə bağlı tədbirlərin təşkilində iştirak edir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Doktrina və Təlim Baş İdarəsinin rəisi, general-mayor Aleksey Taran bildirib.

"Hazırda 34 dövlətdən ibarət tərəfdaşlar koalisiyası Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti üçün xaricdə təlim tədbirlərinin təşkilində iştirak edir", - deyə Taran Ukraynanın "Army-inform" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ölkələr arasında ABŞ, Böyük Britaniya, Aİ ölkələrinin əksəriyyəti, Kanada, Norveç, Avstraliya, həmçinin Gürcüstan və Moldova var.

Taran əlavə edib ki, Böyük Britaniya əsas müştərək silah hazırlığının, eləcə də kiçik komandirlərin hazırlanmasının təşkilində şəksiz liderə çevrilib. Onun sözlərinə görə, 2022-ci ilin fevralından burada 30 mindən çox, 2014-cü ildən isə 50 mindən çox hərbi qulluqçu hazırlanıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Heppi bildirmişdi ki, ölkə 2024-cü ildə Ukrayna hərbçilərinin təlimini davam etdirəcək və bu sahədə liderliyi saxlamaq niyyətindədir. 
 

Teqlər:

"R\u0259smi Kiyev: 34 d\u00f6vl\u0259t Ukrayna h\u0259rb\u00e7il\u0259rinin t\u0259limi il\u0259 m\u0259\u015f\u011fuldur"

Əlaqəli Xəbərlər