KİV: İranda terror aktı törədən terrorçulardan biri Tacikistan vətəndaşıdır
"General Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərində qəbiristanlıq yaxınlığında partlayış törədən iki kamikadzedən biri Tacikistan vətəndaşıdır".
"Operativ Media" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İranın Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
İdarənin məlumatına görə, ikinci terrorçunun şəxsiyyəti müəyyənləşdirilir.
Daha əvvəl "Tasnim" xəbər verib ki, İslam Respublikasının hüquq-mühafizə orqanları terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfəri saxlayıb. Həmçinin kamikadzelərin yaşadığı, istifadəyə hazır partlayıcı qurğuların da tapıldığı evi aşkar ediblər.
Teqlər:
"K\u0130V: \u0130randa terror akt\u0131 t\u00f6r\u0259d\u0259n terror\u00e7ulardan biri Tacikistan v\u0259t\u0259nda\u015f\u0131d\u0131r"