UNICEF: Qəzzadakı vəziyyət 1,1 milyon uşağı təhdid edir
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzada artan qarşıdurmaların, qida çatışmazlığının və xəstəliklərin səbəb olduğu "ölümcül dövrənin" 1,1 milyon uşağı təhdid etdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə UNICEF yazılı açıqlama verib.
Açıqlamada uşaqlarda ishal hallarının cəmi 1 həftə ərzində 50 faiz artdığı, 2 yaşa qədər uşaqların 90 faizinin ciddi qida çatışmazlığı ilə üzləşdiyi bildirilib.
Bəyanatda kommersiya təchizatının bərpasına çağırış edilib və təcili olaraq humanitar atəşkəsin təmin edilməli olduğu qeyd edilib.
"Qəzzada artan münaqişə, qida çatışmazlığı və xəstəliklərin ölümcül dövrü 1,1 milyon uşağı təhdid edir", - bəyanatda deyilir.
Teqlər:
"UNICEF: Q\u0259zzadak\u0131 v\u0259ziyy\u0259t 1 1 milyon u\u015fa\u011f\u0131 t\u0259hdid edir"