Meksikada təyyarə qəzaya uğrayıb: ölən və yaralananlar var
Meksikanın Koahuila ştatında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
"Operativ Media” xarici mediaya istinadən xəbər verir ki, Texas ştatının “Bronwnsville” hava limanından havaya qalxan N6074A nömrəli kiçik mühərrikli təyyarə “Quadalupe” hava limanı yaxınlığında boş yerə çırpılıb.
Qəzada 2-si qardaş olmaqla 4 nəfər ölüb. Ölənlər arasında Matamoros şəhərinin keçmiş merinin də olduğu bildirilib.
Koahuila ştatının prokurorluğu və Federal Mülki Aviasiya qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.