Yaponiyada zəlzələdə ölənlərin sayı 126-ya çatıb - YENİLƏNİB
Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya hakimiyyət orqanlarının açıqladığı son məlumatlarda bildirilib.
Məlumata görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
xxx
09:34
Yaponiyada yanvarın 1-dən davam edən silsilə zəlzələlərdə ölənlərin sayı artıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, artıq zəlzələ qurbanlarının sayı 110-a çatıb.
Məlumatlara görə, Yaponiyada 2016-cı ildə ölkənin cənub-qərbində 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
Son məlumatlara görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir.