Ana səhifə / Dünya / Ukraynanın hər yerində hava həyəcanı elan edildi Ukraynanın hər yerində hava həyəcanı elan edildi 06.01.2024, 11:54 Rusiya təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib. "Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Telegram"da paylaşım edib. "Bütün Ukrayna raket təhlükəsi altındadır! MiQ-31K-nın uçuşu qeydə alınıb", - paylaşımda deyilir. Qeyd edək ki, son günlər Rusiya Ukraynanın müxtəlif şəhərlərində mülki infrastruktura kütləvi şəkildə raket və dron zərbləri endirir. Teqlər: "Ukraynan\u0131n h\u0259r yerind\u0259 hava h\u0259y\u0259can\u0131 elan edildi"