2023-cü ildə Türkiyənin əsas enerji təchizatçısı olan ölkənin adı açıqlanıb
Rusiya 2023-cü ildə Türkiyəyə əsas təbii qaz və neft tədarükçüsü mövqeyini qoruyub.
"Operativ Media" bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, təkcə 2023-cü ilin oktyabrında Türkiyənin neft idxalının 49,93%-i Rusiya Federasiyasından olub.
Rusiya Türkiyəyə əsas təbii qaz ixracatçısıdır. Belə ki, 2023-cü ilin oktyabrında Rusiyanın Türkiyə qaz idxalında payı 59,14% təşkil edib.
Qeyd edək ki, “Hürriyet” Rusiya tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu layihəsi"ni ikitərəfli ticari-iqtisadi əməkdaşlığın simvollarından biri adlandırıb.