Türkiyənin Qara dənizdəki limanında balıqçı torlarına mina düşüb
Türkiyənin Zonquldak vilayətinin Ereğli limanı yaxınlığında balıqçı torlarına mina düşüb.
“Operativ Media” Türkiyə mediasına istinadən xəbər verir ki, balıqçılar ötən gün axşam torlarında yuvarlaq bir əşya olduğunu görüblər və onu sahilə çıxaran zaman qarşılarında mina olduğunu anlayıblar.
Daha sonra balıqçılar bu barədə sahil mühafizəsinə məlumat veriblər.
İstanbuldan olan dalğıclar limana gəlib və bombanın sahilə çıxarılmasına kömək ediblər. Qeyd edilib ki, mina partladılması üçün xüsusi sahəyə aparılıb.
Həmçinin o da vurğulanıb ki, balıqçıların heç biri xəsarət almayıb və limanın fəaliyyəti yenidən bərpa edilib.
Qeyd edək ki, Türkiyə, Bolqarıstan və Rumıniya müdafiə nazirliklərinin rəhbərləri yanvarın 11-də İstanbulda Qara dənizdə minalardan təmizləmə üzrə işçi qrupun yaradılması haqqında saziş imzalamağı planlaşdırırlar.
Sadiq Cavadov
Teqlər:
"T\u00fcrkiy\u0259nin Qara d\u0259nizd\u0259ki liman\u0131nda bal\u0131q\u00e7\u0131 torlar\u0131na mina d\u00fc\u015f\u00fcb"