İranda terror aktları nəticəsində ölənlərin sayı artıb
İranın Kirman əyalətində Qasım Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında törədilən 2 kamikadze hücumunda daha 2 nəfərin vəfat etməsindən sonra ölənlərin sayı 91-ə yüksəlib.
“Operativ Media” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Hazırda xəstəxanalarda 102 nəfərin müalicəsinin davam etdirildiyi, onlardan 11-nin vəziyyətinin ağır olduğunu bildirilib.
Qeyd edək ki, yanvarın 3-də İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi Kirmandakı qəbiristanlığa gedən yolda iki partlayış baş verib.
İran rəsmiləri partlayışların kamikadze hücumları nəticəsində baş verdiyini açıqlayıb.
Hücumlara görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb.
Hadisədən sonra başladılan əməliyyatlarda 6 əyalətdə 11 nəfərin saxlanıldığı, kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğu müəyyən edilib.
Sadiq Cavadov
Teqlər:
"\u0130randa terror aktlar\u0131 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b"