Menyu

Sabah maqnit qasırğası gözlənilir

Redaksiya
Sabah maqnit qasırğası gözlənilir

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, yanvarın 7-də Yer kürəsində kiçik geomaqnit pozuntular müşahidə olunur.

“Operativ Media” “news.ru”ya istinadən xəbər verir ki, alimlərin fikrincə, son 24 saat ərzində Yer kürəsində maqnit qasırğası olmayıb. Maqnit qasırğasının yaranma ehtimalı 5%, güclü maqnit qasırğasının yaranma ehtimalı isə cəmi 1% təşkil edir.

"My Calendar" portalı bildirir ki, yanvarın 8-də yalnız iki bal gücündə zəif maqnit qasırğası baş verəcək.

“Sabah 2 bal gücündə zəif geomaqnit qasırğası gözlənilir. Bu gün əhvalınızda dəyişikliklər ola bilər. Meteohəssas insanlar özlərini nisbətən pis hiss edə bilərlər. Odur ki, münaqişəli vəziyyətlərdən qaçınmaq, kifayət qədər yatmaq və təmiz havada daha çox gəzmək tövsiyə olunur”.

Teqlər:

"Sabah maqnit qas\u0131r\u011fas\u0131 g\u00f6zl\u0259nilir"

Əlaqəli Xəbərlər