Menyu

Liviyanın ən böyük neft yatağında fors-major vəziyyət elan edilib

Nərmin Qocamanlı
Liviyanın ən böyük neft yatağında fors-major vəziyyət elan edilib

Liviyanın Milli Neft Korporasiyası (NOC) Liviyanın ən böyük neft yatağı olan Şərarada etirazçılar tərəfindən blokadaya alınandan sonra fors-major vəziyyət elan edib.

"Operativ Media" xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb:

"Milli Neft Korporasiyası 2024-cü ilin yanvar ayından etibarən Şərara yatağında nümayişçilər tərəfindən yatağın blokadaya alınması ilə əlaqədar fors-major vəziyyət elan edir".

Qeyd edək ki, mədən ötən həftə bir qrup etirazçı tərəfindən blokadaya alınıb. Fəallar ölkənin cənub-qərbində yerləşən Fezzan bölgəsində neft məhsulları qıtlığı probleminin həllini, eləcə də yolların təmirini və rayonun infrastrukturunun inkişaf etdirilməsini tələb edirlər.

Əlaqəli Xəbərlər