Menyu

“WhatsApp”a yeni funksiya gəlir

Nərmin Qocamanlı
“WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp”da Android cihazı istifadəçilərinə videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə videolara baxmaq və musiqi dinləmək imkanı verən yeni funksiya olacaq.

“Operativ Media” xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Belə ki, ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio qarşı tərəfin də cihazında səsləndiriləcək.

Mütəxəssislər vurğulayıb ki, bu seçim iştirakçılara birlikdə videolar izləmə imkanı da yaradır.

“WABetaInfo”nun məlumatına görə, video zəng zamanı səsi paylaşmaq imkanı Google Play Store-dan Android üçün ən son WhatsApp beta yeniləmələrini quraşdırmış bəzi beta test istifadəçilərinə təqdim olunur. Funkisya bir neçə həftəyə daha çox istifadəçi kütləsi üçün əlçatan olacaq.

Dekabr ayında “WhatsApp”ın ekran paylaşma seçimi aktiv olduqda, iOS cihazı istifadəçilərinin video zənglər zamanı birlikdə musiqi dinləməsinə icazə verəcəyi öyrənilib.

Teqlər:

"\u201cWhatsApp\u201da yeni funksiya g\u0259lir"

Əlaqəli Xəbərlər