Menyu

Yetişmiş ananası necə seçmək olar?

Nərmin Qocamanlı
Yetişmiş ananası necə seçmək olar?

Ananas insan orqanizmi üçün çox faydalı olan əla lif və antioksidant mənbəyidir.

Bəs yetişmiş ananası necə seçmək olar?

"Operativ Media" xəbər verir ki, ananasın səthinin hamar və sarı rəngdə olması vacibdir. Ananasa toxunanda yumşaq olmasına görə yetişdiyini anlaya bilərsiniz.

Onun nə vaxt yetişdiyini çəkisi və ətri ilə də müəyyən etmək olar. Əgər ananasın az yetişmiş olmasını istəyirsinizsə yaşılımtıl-sarı və qoxusuz olan ananası seçməlisiniz.

Mətbəxdə temperatur bazar və supermarketlərdəkindən bir qədər yüksəkdir. Ona görə də onu düzgün saxlamaq vacibdir ki, xarab olmasın və təzə kimi qalsın.

Bütün ananası necə saxlamaq olar?

Nisbətən yetişməmiş ananas mətbəxdə meyvə səbətində saxlanıla bilər. Yetişmə prosesini sürətləndirmək üçün onu kağız torbalara qoymaq lazımdır. Ananasın yetişməsi üçün bir-iki gün kifayətdir. Yetişmə prosesini yavaşlatmaq üçün soyuducuda saxlayın.

Onları yetişən kimi kəsin və çox uzun müddət saxlamayın, əks halda onlar quruyacaqlar.

Bəs kəsilmiş ananası necə saxlamaq olar?

Ananasın qabığını soyduqdan sonra ortasındakı bərk hissəsini çıxarmaq lazımdır. Sonra onu hissə-hissə kəsmək tövsiyə olunur.

Kəsilmiş ananas yalnız soyuducuda hava keçirməyən qabda saxlanılmalıdır. 

Teqlər:

"Yeti\u015fmi\u015f ananas\u0131 nec\u0259 se\u00e7m\u0259k olar?"

Əlaqəli Xəbərlər