Özbəkistan artıq ikinci aydır ki, dünyanın ən çox qızıl satan ölkəsi olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının məlumatlarında bildirilib.
Qeyd olunur ki, noyabrda mərkəzi banklar tərəfindən qiymətli metalların xalis alış həcmi 44 tona çatıb. Alışların ümumi həcmi oktyabr ayı ilə müqayisədə 4% azalaraq 60 ton olub.
Noyabrda qızılın əsas idxalçısı 25 ton qiymətli metal alan Türkiyə olub. İkinci yerdə 19 tonla Polşa qərarlaşıb. İlk beşliyə Çin (12 ton), Çexiya (3 ton) və Qırğızıstan (1 ton) da daxil olub.
Özbəkistan noyabrda 11 ton qızıl sata bilib. Gəlir 11 ayda illik müqayisədə iki dəfə artaraq 8,15 milyard dollara çatıb.






