Menyu

Almaniyada fermerlər etiraz aksiyası keçirirlər

Redaksiya
Almaniyada fermerlər etiraz aksiyası keçirirlər

Almaniyada fermerlər traktorlarla yolları bağlayaraq etiraz aksiyası keçirirlər.

“Operativ Media” “Reuters”ə istinadən xəbər verir ki, Almaniya hökumətinin kənd təsərrüfatına subsidiyaları ləğv etmək planlarına cavab olaraq bir həftəlik ümummilli etirazlar elan edilib.

Etirazlar ölkənin bütün 16 federal əyalətində keçiriləcək və yanvarın 15-də Berlində başa çatacaq.

Hökumətin onları vergi güzəştlərindən və dizel yanacağına endirimlərdən məhrum etmək planlarına görə fermerlər səhər tezdən magistral yolları bağlayır və nümayişlər keçirirlər.

Teqlər:

"Almaniyada fermerl\u0259r etiraz aksiyas\u0131 ke\u00e7irirl\u0259r"

Əlaqəli Xəbərlər