Suriyanın şimal-şərqində yerləşən Həsəkə əyalətindəki Amerika bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha öncə telekanal bu gün səhər saatlarında Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı yaxınlığındakı Amerika bazasına 30 raket atıldığını bildirib .