KİV: NATO-ya daxil olandan sonra İsveç Latviyaya 800 hərbi qulluqçu göndərəcək
İsveç 2025-ci ildə Stokholmun gözlədiyi kimi NATO-ya daxil olduqdan sonra Latviyaya 800 əsgər göndərəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Baş naziri Ulf Kristersson Xalq və Müdafiə konfransında bildirib.
"Hökumət ixtisar edilmiş İsveç batalyonunun Latviyada Kanadanın rəhbərlik etdiyi NATO qüvvələrinin tərkibində iştirak etməsinə qərar verdi", - Baş nazir deyib.
Məlumata görə, İsveç Latviyaya həmçinin zirehli texnikası olan mexanikləşdirilmiş batalyon göndərəcək.
Teqlər:
"K\u0130V: NATO-ya daxil olandan sonra \u0130sve\u00e7 Latviyaya 800 h\u0259rbi qulluq\u00e7u g\u00f6nd\u0259r\u0259c\u0259k"