Menyu

Fələstin tərəfdarı nümayişçilər Nyu-Yorkun üç böyük körpüsünü bağlayıblar

Fələstin tərəfdarı nümayişçilər Nyu-Yorkun üç böyük körpüsünü bağlayıblar

"Nyu York Polis Departamenti (NYPD) etirazlar səbəbiylə nəqliyyatın kəsilməsi ilə bağlı xəbərdarlıq edir və insanlardan Bruklin, Manhetten və Williamsburq körpülərindən, Nyu Cersi ilə Nyu Yorku birləşdirən Holland Tunelindən istifadə etməməyi xahiş edir".

"Operativ Media" xəbər verir ki, bu barədə Nyu York polisi məlumat yayıb.

"Davam edən etirazlar səbəbindən Bruklin, Manhetten, Uilyamsburq və Holland Tunel körpüləri ərazilərində nəqliyyatın gecikmələri gözlənilir. Lütfən, alternativ yollardan istifadə edin", - polis "X"də bildirib.

"The New York Post"un məlumatına görə, nəqliyyatın hərəkətini kəsən nümayişçilər Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs və Qəzza zolağında blokadaya son qoyulmasını tələb ediblər.

ABC televiziyasının məlumatına görə, onlarla nümayişçi saxlanılıb.

Qeyd olunur ki, Bruklin körpüsü saat 10:45-də (Bakı vaxtı ilə 19:45) nəqliyyatın hərəkəti üçün açılıb. Digər iki körpüdə nəqliyyatın hərəkəti saat 11:30-da (Bakı vaxtı ilə 20:30) bərpa edilib. Holland Tuneli təxminən səhər saat 10:30-da (Bakı vaxtı ilə 19:30) yenidən açılıb. 

Teqlər:

"F\u0259l\u0259stin t\u0259r\u0259fdar\u0131 n\u00fcmayi\u015f\u00e7il\u0259r Nyu-Yorkun \u00fc\u00e7 b\u00f6y\u00fck k\u00f6rp\u00fcs\u00fcn\u00fc ba\u011flay\u0131blar"

Əlaqəli Xəbərlər